Sosial şəbəkədə biz:

Bakıda avtobusda sürücülər arasında dava- Şüşə sındırıldı

Bakıda sərnişin avtobuslarından birində insident baş verib.  Azinforum.az ”nun lent.az-a istinadən məlumatına görə, Neftçilər prospekti, 2 ünvanının qarşısında 88 saylı xətt üzrə hərəkət edən "Karsan" markalı avtobusun sürücüsü 1985-ci il təvəllüdlü Əsgərov Sərxan Əkbər oğlu ilə digər sürücü 1953-cü il təvəllüdlü Mirzəyev Rasim Muxtar oğlu arasında dava olub. Dava-dalaş zamanı R.Mirzəyev 88 saylı xətt üzrə hərəkət edən avtobusun salonundakı şüşə arakəsməni vurub sındırıb. Bakı Sərnişin və Yük Daşımalarının Təşkili MMC-dən lent.az-a bildirilib ki, hadisə R.Mirzəyevin idarə etdiyi minik avtomobilinin arxadan avtobusa çırpılmasından sonra baş verib. Qəzadan dərhal sonra avtomobilin sürücüsü ilə avtobus sürücüsü arasında insident baş verib. Artıq həmin avtobus xəttdən kənarlaşdırılıb, sürücünün izahatı alınıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol