Sosial şəbəkədə biz:

Suriyalı qaçqınların 74 faizi Türkiyə vətəndaşı olmaq istəyir

02 November 2017, 12:12
Gündəm
Türkiyədə sığınacaq tapmış 3,5 milyon nəfər suriyalı qaçqının 74 faizi Türkiyə vətəndaşı olmaq istəyir. Trend-in məlumatına görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının dəstəyi ilə müvafiq araşdırma İstanbul, Şanlıurfa, Hatay, Qaziantep, Adana, Mersin, Kilis, Mardin, Bursa və İzmirdə aparılıb. Suriyalı qaçqınların 79 faizi bu şəhərlərdə yaşayır. Araşdırma nəticəsində məlum olub ki, 3,5 milyon qaçqından 650 mini işləsə də, onlardan çalışma icazəsi olanların sayı 20 mindir. Suriyalı mühacirlərin 52 faizi gələcəyini Türkiyədə görür.