Sosial şəbəkədə biz:

12 yaşlı qıza əxlaqsızlıq edən direktor barəsində RƏSMİ XƏBƏR

02 November 2017, 12:24
Gündəm
Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər edən məktəb direktoru barəsində cinayət işi başlanıb. Azinforum.az  xəbər verir ki, faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb. Gülməz Alxasov həmin iş üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb. Qeyd edək ki, Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasov 12 yaşlı qız şagirdə qarşı əxlaqsızlıq etdiyi iddia olunur. O müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.