Sosial şəbəkədə biz:

Rafiq Hüseynovun nəşi Azərbaycana gətirildi

02 November 2017, 19:17
Gündəm
Xalq artisti, diktor Rafiq Hüseynovun nəşi Azərbaycana gətirilib. APA-nın məlumatına görə, xalq artistinin cənazəsini Heydər Əliyev Beynəlxalq Aeroportunda mərhum diktorun ailə üzvləri, qohumları, sənət yoldaşları qarşılayıblar. Xalq artisti ilə vida mərasimi noyabrın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saat 10:00-dan 12:00-dək keçiriləcək. O, II Fəxri xiyabanda dəfn olunacaq. Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək. Xatırladaq ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.