Sosial şəbəkədə biz:

SOCAR-ın dənizə düşən neftçisi öldü

04 November 2017, 14:57
Gündəm
Bu gün səhər saatlarında "28 May" NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi işləyən 1958-ci il təvəllüdlü Əliyev Rasim İbrahim oğlu 262 saylı quyuda işləyən zaman dənizə düşüb. SOCAR-dan virtualaz.org-a verilən məlumata görə, neftçi operativ tədbirlər nəticəsində sudan çıxarılıb, lakin vəfat etdiyi məlum olub. Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.