Sosial şəbəkədə biz:

Türkiyə və Almaniya XİN rəhbərlərinin gizli görüşüb

04 November 2017, 18:17
Gündəm
AFR-ın xarici işlər naziri Ziqmar Qabriyel Antalyada türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Bu barədə 4 noyabrda Almaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. "Biz ikitərəfli münasibətləri, o cümlədən mürəkkəb mövzuları, həmçinin hər iki tərəfin gözləntilərini müzakirə etmək üçün qeyri-formal şəraitdə görüşdük", - deyə xəbərdə Qabriyelin sözləri sitat gətirilib. Xatırladaq ki, İstanbulda istintaq təcridxanasında olan hüquq müdafiəçisi Piter Ştoydtner ötən həftədə buraxılmışdı. Sonra məlum oldu ki, bu məsələdə vasitəçi kimi AFR-in sabiq kansleri Herxard Şröder çıxış edib. (Virtualaz.org)