Sosial şəbəkədə biz:

MDB-nin iclasında Ermənistan və Kolumbiya bayraqlarını dəyişik saldılar

04 November 2017, 21:18
Gündəm
Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının növbəti iclası Rusiyanın baş naziri Dmitri Medvedevin sədrliyi ilə 3 noyabrda Daşkənddə keçirilib. İclasın gedişatında kuryoz hadisə yaşanıb – Ermənistanın baş naziri Karen Karapetyanın qarşısına Ermənistanın çevirilmiş bayrağı qoyulub. Qeyd edək ki, bu iclasda Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib. Virtualaz.org