Sosial şəbəkədə biz:

Beyləqanda müəllimlərə sentyabr maaşı verilmir

07 November 2017, 15:16
Gündəm
Beyləqan rayonunda orta məktəb müəllimləri əmək məvaciblərini ala bilmirlər. AzEuroNews.com-a verilən məlumata görə, sentyabrın 15 günlük əmək məvacibləri ödənilmir. Müəllimlərin əksəriyyəti aylıq kredit ödəyiciləridir. Onlara maliyyə problemi olduğu bildirilib. Müəllimlər isə Beyləqan Təhsil Şöbəsinin izahına inanmırlar. Müəllimlər maaşların ödənilməsində tez-tez belə gecikmələr olduğunu qeyd edirlər. Beyləqan Maliyyə Şöbəsinin süni əngəllərində hansısa maliyyə əməliyyatlarının aparılması şübhələri var. Təhsil işçiləri Maliyyə Nazirliyi və Təhsil Nazirliyi tərəfindən məsələnin araşdırılmasını gözləyirlər.