Sosial şəbəkədə biz:

İpoteka kreditləşməsi azalıb

Bu ilin yanvar-iyul aylarının yekunlarına görə, Azərbaycan bankları 65,2 milyon manat məbləğində ipoteka krediti verib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, ilin 1-ci yarısının yekunu ilə müqayisədə 8,7 milyon manat və yaxud 15,4% çoxdur. Son 1 ildə isə ipoteka kreditləşməsi 2,2% azalıb. Bununla belə, ötən ilin eyni dövrü ilə müqayisədə kreditlərin orta məbləği artıb. Bir il əvvəl ipoteka kreditlərinin orta məbləği 40 min manatı keçmirdisə, indii bu məbləğ 1,9% artaraq 40,7 min manat təşkil edib. Kreditlərin müddəti də artıb – 1,7 ay. Bir il əvvəl ipoteka kreditləri orta hesabla 23 il 2 aylıq müddətə verilirdi. Hazırda isə bu müddət 23 il 4 aya qalxıb. Son 1 ildə kreditlərin orta illik faiz dərəcəsi 0,1% azalaraq 6,72%, kreditlərə görə aylıq ödənişin məbləği 21,2 manat azalaraq 297,5 manat təşkil edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol