Sosial şəbəkədə biz:

Ən ucuz kredit Naxçıvanda verilir

Bu ilin yanvar-iyul aylarının yekunlarına görə, Azərbaycan banklarının ayırdığı kreditlərin orta illik faiz dərəcəsi 13,4% olub. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Qurumun açıqlamasına görə, manatla kreditlər orta hesabla 13,5%-lə, xarici valyutada kreditlər isə 12,4%-lə verilib. Ölkədə ən bahalı kreditlər həmişəki kimi cənub bölgəsində - Lənkəran iqtisadi rayonunda ayrılır – illik 24%-lə. Faiz dərəcəsinə görə növbəti yerlərdə Dağlıq Şirvan (23%) və Aran (22,9%) iqtisadi bölgələri dayanır. Kreditlərin orta illik faiz dərəcəsi Şəki-Zaqatalada 22,1%, Quba-Xaçmazda 20,7%, Yuxarı Qarabağda 19,6%, Gəncə-Qazaxda 19,5%, Abşeronda 19,1%, Kəlbəcər-Laçında 17%-dir. Azərbaycanda ən ucuz kreditləri isə Bakıda və Naxçıvanda yaşayanlar alıb – müvafiq olaraq illik 12% və isə 13,8%-lə.  

 Regionun adı Kreditlərin orta illik faiz dərəcəsi
2015-ci ilin əvvəli  2015-ci ilin 6 ayı  2015-ci ilin 7 ayı
Azərbaycan 13,7% 13,3% 13,4%
Bakı 12,3% 11,8% 12,0%
Abşeron 18,3% 19,4% 19,1%
Aran 21,3% 23,0% 22,9%
Dağlıq Şirvan 23,2% 23,3% 23,0%
Gəncə-Qazax 21,7% 19,7% 19,5%
Quba-Xaçmaz 20,1% 20,8% 20,7%
Lənkəran 22,9% 24,1% 24,0%
Şəki-Zaqatala 21,1% 22,0% 22,1%
Yuxarı Qarabağ 20,8% 19,6% 19,6%
Kəlbəcər-Laçın 25,6% 19,9% 17,0%
Naxçıvan 13,8% 14,5% 13,8%
Mərkəzi Bank bildirir ki,  2014-cü ilin yekunları müqayisədə son 7 ayda kreditlər orta hesabla 0,3% ucuzlaşıb. Ayrı-ayrı regionlara gəlincə, 5 bölgədə kreditlər bahalaşıb, 5 bölgədə isə ucuzlaşıb. Ən böyük azalma Kəlbəcər-Laçın bölgəsində qeydə alınıb. Burada kreditlərin illik faiz dərəcəsi 8,6% aşağı düşüb. Ucuzlaşma Bakıda 0,3%, Dağlıq Şirvanda 0,2%, Gəncə-Qazaxda 2,2%, Yuxarı Qarabağda 1,2% olub. Bəzi regionlarda isə kreditlərin orta illik faiz dərəcəsi artıb. Məsələn, bahalaşma Abşeronda 0,8%, Aranda 1,6%, Quba-Xaçmazda 0,6%, Lənkəranda 1,1%, Şəki-Zaqatalada 1%-dir. Naxçıvanda isə faiz göstəricisi sabit qalıb – 13,8%.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol