Sosial şəbəkədə biz:

Axtarışda olan 35 nəfər bir gündə tutulub

08 November 2017, 20:38
Gündəm
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 113 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb. Azinforum.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 35 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər tutulub.