Nazir əmr verdi, baş həkim işdən çıxarıldı
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni baş həkim təyin edilib.
Belə ki, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Rəhbər Əziz oğlu Əzizov Ağcabədi RMX-nin baş həkimi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, R.Əzizov bundan əvvəl Ağcabədi RMX-nin Poliklinika şöbəsinin baş həkimi işləyib.
Xatırladaq ki, bundan əvvəl Ağcabədi RMX-da baş həkim vəzifəsini Azad Hüseynov tutub. O, bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.Report