Sosial şəbəkədə biz:

“Caspian Plaza”da ölüm hadisəsi

07 September 2015, 13:38
Gündəm
Bakının tanınmış biznes mərkəzində ölüm hadisəsi baş verib. AzVision.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Caspian Plaza”da qeydə alınıb. Orada yerləşən şirkətlərdən birinin layihə rəhbəri, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Urfan Zaman oğlu Səfərov iş yerində qəfildən dünyasını dəyişib. Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin olunub. Faktla bağlı araşdırma aparılır.