Sosial şəbəkədə biz:

Sumqayıtın yeni başçısından ilk qadağa

Sumqayıtın yeni icra başçısı Zakir Fərəcov şəhər ərazisində tikintinin dayandırılması ilə bağlı göstəriş verib. Bu barədə azvision.az-a Sumqayıt sakinləri məlumat veriblər. Bildirilib ki, şəhər ərazisində aparılan bütün tikinti işləri dayandırılıb. Sakinlərin dediyinə görə, bu barədə obyekt sahiblərinə icra hakimiyyətinin rəsmiləri tapşırıq verib: “Yeni icra başçısı şəhər ərazisində tikintinin dayandırılması ilə bağlı göstəriş verib. Xırda tikilidən tutmuş böyük tikililərə kimi bütün obyektlərdə iş dayandırılıb. Səbəbi hələlik açıqlanmır. Ancaq onu bildirdilər ki, Zakir Fərəcovun göstərişidir”. Sakinlərin verdiyi məlumata görə, Zakir Fərəcov fəaliyyətə başladıqdan sonra ilk işi “Bayraq Meydanı”nın qarşısındakı yolun yenidən açılması olub. Keçmiş icra başçısı Eldar Əzizovun zamanında bağlı olan yolun Zakir Fərəcov tərəfindən açılması şəhər sakinləri üçün gözlənilməz olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol