Sosial şəbəkədə biz:

Azərbaycan millisi Almaniyaya 7 qolla məğlub oldu

09 November 2017, 20:37
Gündəm

Bu gün 21 yaşadək futbolçular arasında Avro-2019-un seçmə mərhələsinin növbəti oyunları keçirilir.

5-ci qrupda mübarizə aparan millimiz də meydana çıxıb. Samir Ələkbərovun rəhbərlik etdiyi yığmamız Almaniyanı qəbul edib. Millimiz oyunda 0:7 hesabı ilə uduzub. Qeyd edək ki, buna qədər meydana çıxdığı hər 3 oyunda uduzaraq qrup sonuncusu olan millimiz ötən ay almanlarla keçirilən ilk görüşdə 1:6 hesabı ilə məğlub olub.