Sosial şəbəkədə biz:

Deputat: İraq həbsxanasında 200 azərbaycanlı qadın saxlanır

09 November 2017, 20:48
Gündəm
İraq ordusu İŞİD-lə əlaqədə şübhəli bilinən 512 Rusiya və 200 Azərbaycan vətəndaşı olan qadın saxlayıb. Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, bu barədə iraqlı deputat Vian Daxil özünün “Twitter” səhifəsində yazıb. ​Deputanın bildirdiyinə görə, saxlanılan qadınlar həbsxanaya yerləşdirilib. Daxil qadınların harada və nə vaxt saxlanıldığını açıqlamayıb. İraqın Müdafiə Nazirliyindəki mənbə saxlanılanların olmasını təsdiq etsə də, onların sayının çox olmadığını deyib.