Sosial şəbəkədə biz:

Bakıda restoranda dava düşdü, müğənni bıçaqlandı – VİDEO

09 November 2017, 23:00
Gündəm
Hadisə gecə saatlarında Binəqədi rayonunun Xocasən qəsəbəsində olub. Azinforum.az  Xəzərxəbər-ə istinadən xəbər verir ki, 25 yaşlı Cəfərov Vüsal Vüqar oğlu ”Murad” şadlıq evində müğənnilik fəaliyyəti ilə məşğul olan zaman bıçaqlanıb. Hadisə onunla tanışları arasında düşən mübahisə zəminində qeydə alınıb. Yaralı 1 saylı kliniki tibbi mərkəzə yerləşdirilib. Müğənni ilkin dindirilmə zamanı yolu keçərkən maşın vurması nəticəsində xəsarət aldığını bildirsə də, araşdırma zamanı məlum olub ki, o, tanışları tərəfindən bud nahiyəsindən bıçaqlanıb.