Sosial şəbəkədə biz:

Eldar Mahmudov yenə Baş Prokurorluğa çağırıldı

10 November 2017, 13:59
Gündəm
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq başçısı Eldar Mahmudov ifadə vermək üçün yenidən respublikanın Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə Baş İstintaq İdarəsinə çağırılıb. Bu barədə virtualaz.org-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Qeyd edək ki, bu Eldar Mahmudovun Baş Prokurorluqda ikinci ifadəsidir. O, ləğv edilmiş MTN-in əməkdaşları barəsində başlanmış cinayət işi üzrə ifadə vermək üçün çağırılıb.