Sosial şəbəkədə biz:

Eldar Mahmudovun yeni görüntüləri - FOTOLAR

10 November 2017, 15:23
Gündəm
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ifadəsi alınmaq üçün yenidən istintaqa çağırılıb. BAKU.WS xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, sabiq nazir Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə bu gün ifadə verib. O, 3 saata yaxın dindirilib. APA-nın əməkdaşı Eldar Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən ifadə verib çıxarkən fotolarını çəkib. E. Mahmudov bir neçə gün əvvəl də istintaqa ifadə verib.