Sosial şəbəkədə biz:

Tramp Putinlə ayaqüstü söhbət etdi - VİDEO

11 November 2017, 10:58
Gündəm

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Təşkilatı (APEC) liderlərinin Vyetnamda keçirilən sammitinin ikinci günündə rəsmi fotoların çəkilməsinə gedən zamanı ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə söhbət edib.

AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, iki ölkənin lideri Vyetnam prezidenti Çıonq Tan Şanqın müşayiəti ilə söhbət ediblər. Onların nədən danışdığı mətbuata açıqlanmayıb. Qeyd edək ki, bu gün ABŞ və Rusiya prezidentləri Suriya ilə bağlı birgə bəyanat qəbul edib. Bəyanatda Suriyada mövcud olan İŞİD terror qruplaşmasına qarşı birgə mübarizənin vacibliyi vurğulanıb. Onlar İŞİD-ə qalib gəlmək əzmini təsdiqləyiblər.