Sosial şəbəkədə biz:

Jirinovski Kremlin separatçılara pul verməsinə qarşı çıxdı

11 November 2017, 13:45
Gündəm
Abxaziya Rusiyadan dəmiryollarının bərpası və inkişafı üçün aldığı 2 milyard rublluq borcu geri qaytarmayacaq. Axar.az xəbər verir ki, bunu Rusiya Dumasında çıxışı zamanı Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski söyləyib. “Abxaziya bu borcu və ondan əvvəlki borcların heç birini qaytarmayacaq. Cənubi Osetiya da verməyəcək. Artıq xeyirxah olmağı dayandırmaq lazımdır”, – deyə o bildirib. Qeyd edək ki, Abxaziya Gürcüstanın tərkib hissəsidir. Moskvanın dəstəyi ilə burada qondarma respublika qurulub. Kreml onun müstəqilliyini 2008-ci ildə tanıyıb.