Sosial şəbəkədə biz:

Aİ və Azərbaycan arasında aviasiya sazişi yaxın zamanlarda imzalana bilər - RƏSMİ

12 November 2017, 10:37
Gündəm
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında vahid aviasiya məkanı haqqında saziş yaxın zamanlarda imzalana bilər. Bunu Trend-ə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib. Onun sözlərinə görə, bu saziş üzərində işlər davam edir və sazişin noyabrın 24-ü Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində imzalanacağı da istisna olunmur.