Sosial şəbəkədə biz:

Rusiyada tanınmış teleaparıcı ölü tapılıb

12 November 2017, 10:43
Gündəm
Rusiyada tanınmış teleaparıcı Boris Notkin mənzilində ölü tapılıb. İlkin versiyaya əsasən, aparıcı intihar edib. “RİA Novosti”nin verdiyi xəbərə görə, 75 yaşlı B.Notkinin tüfəngdən atəş açaraq intihar etdiyi ehtimal olunur.  Hadisənin səbəbləri və təfərrüatları araşdırılır. “TV Sentr” kanalının rəhbərlərindən biri olan Boris Notkinin uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir. (APA)