Mehriban Əliyeva, Ramiz Mehdiyev və nazirlərlə bağlı sərəncam
Azərbaycan prezidenti İlham Əliyev Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Mia.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası aşağıdakı yeni tərkibdə təsdiq edilib:
| Komissiyanın sədri | ||
| İlham Əliyev | – | Azərbaycan Respublikasının Prezidenti |
| Komissiya sədrinin müavinləri | ||
| Mehriban Əliyeva | – | Azərbaycan Respublikasının Birinci vitse-prezidenti |
| Ramiz Mehdiyev | – | Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri |
| Akif Əlizadə | – | AMEA-nın prezidenti |
| Anar Rzayev | – | Azərbaycan Yazıçılar Birliyinin sədri |
| Komissiyanın üzvləri | ||
| Vasif Talıbov | – | Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı |
| Elçin Əfəndiyev | – | Azərbaycan Respublikası Baş nazirinin müavini |
| Hacıbala Abutalıbov | – | Bakı şəhər İcra Hakimiyyətinin başçısı |
| Mikayıl Cabbarov | – | Azərbaycan Respublikasının təhsil naziri |
| Əbülfəs Qarayev | – | Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri |
| Əli Həsənov | – | Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri |
| İsa Həbibbəyli | – | AMEA-nın vitse-prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Respublikası Milli Məclisinin Təhsil komitəsinin sədri, AMEA-nın həqiqi üzvü |
| Rafael Hüseynov | – | Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, AMEA-nın həqiqi üzvü |
| Kamal Abdullayev | – | Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü |
| Nizami Cəfərov | – | Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü |
| Vasim Məmmədəliyev | – | Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, AMEA-nın həqiqi üzvü |
| Teymur Kərimli | – | AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü |
| Möhsün Nağısoylu | – | AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü |
| Muxtar İmanov | – | AMEA-nın Folklor İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü |
| Əbülfəz Quliyev | – | AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü |
| Arif Alışanov | – | "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri |
| Mövlud Süleymanlı | – | xalq yazıçısı |
| Sabir Rüstəmxanlı | – | xalq şairi |
| Adil Babayev | – | Azərbaycan Dillər Universitetinin kafedra müdiri, professor |
| Mübariz Yusifov | – | Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin dekanı, professor |
| Elbrus Əzizov | – | Bakı Dövlət Universitetinin professoru |
| Buludxan Xəlilov | – | Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru |
| Аydın Ələkbərov | – | filologiya elmləri doktoru, professor |
| İsmayıl Məmmədov | – | AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor |
| Sayalı Sadıqova | – | AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor |
| Afaq Vəliyeva | – | Tərcümə Mərkəzinin direktoru |
| Əflatun Amaşov | – | Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı |
| Aydın İbadov | – | Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin direktoru |