Sosial şəbəkədə biz:

Nizami Gəncəvi, Xətai, Səməd Vurğun... zibillikdə

09 September 2015, 22:38
Gündəm
Paytaxtın Yasamal rayonunda, “İnşaatçılar” metrosunun yaxınlığında yüzlərlə kitab zibilliyə atılıb. Hadisə şahidlərinin oxu.az-a verdiyi məlumata görə, zibil yeşiklərinə atılan kitabların arasında Səməd Vurğun, Cəlil Məmmədquluzadə, Nizami Gəncəvi, Anar və digər ədiblərimizin kitabları, elmi ədəbiyyatlar, habelə ensiklopediya cildlikləri var. Verilən məlumata görə, hazırda vətəndaşlar bəzi kitabları zibil yeşiyindən götürüblər.