Sosial şəbəkədə biz:

FHN zəlzələ haqda açıqlama yaydı

16 November 2017, 09:28
Gündəm
Fövqəladə Hallar Nazirliyi Azərbaycanda baş verən zəlzələ ilə bağlı açıqlama yayıb. “Qafqazinfo”nun məlumatına görə, açıqlamada bilddirilir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 15 noyabr 2017-ci il tarixində yerli vaxtla saat 23:48 dəqiqədə Ağdam rayonu ərazisində, 25 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6,0 bal, yaxın yasayış məntəqələrində 5,0-3,0 bala qədər hiss olunub.