Sosial şəbəkədə biz:

6-7 it yaşlı qadına hücum edib, baş, üz və bədənini yaraladı - Azərbaycanda küçə itləri ilə bağlı daha bir hadisə

16 November 2017, 11:58
Gündəm
Samuxda yaşlı qadın küçə itlərinin hücumuna məruz qalıb.
Hadisə rayonu Sərkar kəndində baş verib. Kənd sakini, 1936-cı il təvəllüdlü Zəkiyyə Mosu qızı Tağıyeva küçədə gedərkən 6-7 itin hücumuna məruz qalıb. Baş, üz və bədəninin müxtəlif yerlərindən itlər tərəfindən xəsarət alan yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Report