Sosial şəbəkədə biz:

Səlahəddin Dəmirtaşa cinayət işi açılıb

Türkiyədə terrorçu PKK-nın dəstəkçisi, Xalqların Demokratik Partiyasının (HDP) həmsədri, deputat Səlahəddin Dəmirtaş barəsində cinayət işi açılıb. "Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb. Məlumata görə, Türkiyənin Diyarbəkir əyaləti prokurorluğu S.Dəmirtaş barəsində istintaqa başlayıb. O, "türk millətini, Türkiyə Cümhuriyyəti dövlətini, dövlət qurumlarını aşağılamaqda, cinayət işlətməyə təhrikdə, terrorçu qrupları dəstəkləyib, onları təbliğ etməkdə, Türkiyə prezidentini təhqir etməkdə" ittiham olunur. Xəbərdə bildirilib ki, prokurorluq S.Dəmirtaşın deputat toxunulmazlığının qaldırılması üçün Ədliyyə Nazirliyinə müraciət edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol