Sosial şəbəkədə biz:

Bakı Şəhər İcra Hakimiyyəti AXCP-nin qurultayı üçün yer ayırıb

10 September 2015, 13:27
Gündəm
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sentyabrın 27-nə təyin etdiyi qurultaya yer ayrılması üçün etdiyi müraciətə cavab verib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya bildirib ki, BŞİH müraciətə müsbət cavab verərək, partiyaya qurultayın keçirilməsi üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evini ayırıb. Onun sözlərinə görə, qurultayda 800-ə yaxın qurultay nümayəndəsi iştirak edəcək.