Sosial şəbəkədə biz:

Bakı Şəhər İcra Hakimiyyəti Dövlət Komitəsini məhkəməyə verdi

17 November 2017, 17:39
Gündəm
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Şəhər Ərazi İdarəsini məhkəməyə verib. “Report” bildirir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən BŞİH torpaq üzrə çıxarışın ləğv edilməsi barədə tələb irəli sürüb. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs qismində İlham Mahmudov göstərilib.