Sosial şəbəkədə biz:

Bakı Olimpiya Stadionunda kütləvi dava

17 November 2017, 20:55
Gündəm
Bakı Olimpiya Stadionunda futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Qarabağ” və “Sumqayıt” komandaları arasında görüş keçirilir. Oxu.Az-ın xəbərinə görə, ilk hissədən sonra hesab 1:0 son çempionun xeyrinədir. Ağdamlıların heyətində 41-ci dəqiqədə Riçard Almeyda fərqlənib. Qeyd edək ki, qarşılaşmanın 30-cu dəqiqəsində “Qarabağ”ın qapıçısı İbrahim Şehiç qırmızı vərəqə ilə cəzalandırılıb. İlk hissənin sonlarına yaxın isə stadionda azarkeşlərin iştirakı ilə kütləvi dava baş verib.