Sosial şəbəkədə biz:

Rza Zərrab haradadır? - Çavuşoğludan yeni açıqlama

18 November 2017, 10:33
Gündəm
Rza Zərrabın harada olmasını bilmirik. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. "Zərrabın ev həbsində, yoxsa həbsxanada və ya başqa bir yerdə olub-olmadığından xəbərimiz yoxdur. Bizə bu barədə məlumat verməyiblər", - Çavuşoğlu qeyd edib. Qeyd edək ki, ötən gün Çavuşoğlu açıqlamasında məsələ ilə bağlı ABŞ-a 2 nota ünvanladıqlarını, yalnız Zərrabın durumunun yaxşı olması barədə məlumat aldıqlarını vurğulayıb.