Sosial şəbəkədə biz:

Müflis olan azərbaycanlı iş adamı Ukraynaya köçüb

“Xalqlar Dostluğu” ticarət yarmarkasının sahibi, “Qozbel İman” kimi tanınan naxçıvanlı iş adamı İman Quliyev Azərbaycanı tərk edib.   Publika.az-ın özəl mənbədən əldə etdiyi məlumata görə, iş adamı Ukraynada yeni biznes fəaliyyətinə başlayıb.   Hazırda onun Ukraynadakı biznesinin Azərbaycandakı biznesindən daha böyük olduğu bildirilir. İman Quliyevin bir müddət öncə bank borcları olan və vergidən yayınan iş adamlarının Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması ərəfəsində Azərbaycandan getdiyi deyilir.   Qeyd edək ki, bu gün mətbuatda biznesmenin müflis olduğu barədə məlumat yayılıb (http://publika.az/p/107017).  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol