Sosial şəbəkədə biz:

İlham Əliyev Abdin Fərzəliyevə yüksək mükafat verdi

19 November 2017, 00:02
Gündəm
Bu gün prezident İlham Əliyev Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Azinforum.az-ın məlumatına görə, təltif olunanlar arasında Nərimanov rayon İcra Hakimiyyətinin rəhbəri Abdin Fərzəliyev də var. Sərəncama əsasən, Fərzəliyev Abdin Ələsgər oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.