Sosial şəbəkədə biz:

Bakıda tələbə qız qaçırıldı

19 November 2017, 16:31
Gündəm
Bakıda universitetin qarşısından tələbə qız qaçırılıb. Azinforum.az  Lent.az-a istinadən xəbər verir ki, Beyləqan rayon sakini, 1948-ci il təvəllüdlü Aslanova Tamilla Zeynalabdin qızı polisə müraciət edərək bildirib ki, noyabrın 17-də saat 13:00 radələrində Azərbaycan Pedaqoji Universitetin 2-ci kurs tələbəsi olan 18 yaşlı qızı Nigar (ad şərtidir) universitetin qarşısından qaçırılıb. Şikayətçi əlavə edib ki, qızının qaçırılmasını Beyləqan rayon sakini, 1996-cı il təvəllüdlü Əliyev Mirkənan Nazim oğlu təşkil edib. Qadın qızının evə qaytarılmasında polisdən kömək istəyib. Araşdırma aparılır.