Sosial şəbəkədə biz:

Nazarbayev qızını baş nazirin müavini təyin etdi

11 September 2015, 17:29
Gündəm
Dariqa Nazarbayeva Qazaxıstanın baş nazirinin müavini təyin edilib. Virtualaz.org saytı qazax KİV-lərinə istinadən xəbər verir ki, bu barədə fərmanı Dariqanın atası, prezident Nursultan Nazarbayev bu gün imzalayıb. Məlumatı Qazaxıstan Prezident Administrasiyası yayıb. D.Nazarbayeva 1963-cü ildə anadan olub. Moskva Dövlət Universiteteinin tarix fakültəsini bitirib. Siyasi elmlər doktoru olan xanım Nazarbayeva 2012-ci ildə Qazaxıstan parlamentinə, iki il sonra vitse-spiker seçilib.