Kəbədə ölənlərin sayı 87-yə çatdı
Son informasiyalara görə, qəzada ölən Türkiyə vətəndaşlarının sayı 2 nəfərə çatıb. Bütövlükdə isə ölən zəvvarların 87-ə yüksəlib. 184 nəfər isə yaralanıb. * * *23:14 Məkkədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb. APA-nın məlumatına görə, bu barədə “əl-Ərəbiya” telekanalı xəbər verib. Məlumata əsasən, daha 30 nəfər müxtəlif bədən xəsarətləri alıb. Səudiyyə Ərəbistanı Mülki Müdafiə Nazirliyi ölənlərlə bağlı faktı təsdiqləyib. Hadisə "Məscidül-Həram" məscidinin genişləndirilməsi işləri zamanı baş verib. Qeyd edək ki, hadisənin güclü yağış yağması nəticəsində baş verdiyi bildirilir. * * * 21:11 Əldə olunan dəqiqləşdirilmiş məlumata əsasən Kəbədə qaldırıcı kran aşaraq yaxınlıqdakı tikilinin divarını uçurub. APA-nın məlumatına görə, dağıntılar altında qalanlar var. Azərbaycan vətəndaşları arasında zərərçəkən yoxdur. Azərbaycandan Məkkəyə gedən azərbaycanlı zəvvarlar Mədinədə mehmanxanalara yerləşdirilib.



