Sosial şəbəkədə biz:

Prezident Madər Musayevi “Şərəf” ordeni ilə təltif edib

24 November 2017, 15:12
Gündəm
Prezident İlham Əliyev Madər Musayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Madər Ələsgər oğlu Musayev “Şərəf” ordeni ilə təltif edilib. Qeyd edək ki, noyabrın 26-da deputat Madər Musayevin 70 yaşı tamam olur.