Sosial şəbəkədə biz:

Avropa Olimpiya Festivalı Bakıda keçiriləcək - Müqavilə imzalandı

25 November 2017, 17:25
Gündəm
Bu gün Xorvatiyanın Zaqreb şəhərində Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2019-cu ildə keçiriləcək Yeniyetmələrin Avropa Olimpiya Festivalına Bakının ev sahibliyi etməsi ilə bağlı imzalanma mərasimi və təqdimatı keçirilib. “Qafqazinfo” xəbər verir ki, mərasimdə müqaviləni Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AOK-un prezidenti Janez Koçijançiç və baş katib Rafael Paqnozz imzalayıblar. Həmçinin, tədbirdə təqdimat Azad Rərimov və GİN-in Bey nəlxalq əlaqələr şöbəsinin rəisi Namiq Novruzov tərəfindən keçirilib.