Ərdoğan Makronla telefonda danışdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransanın prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
AzNews.az xəbər verir ki, prezident Ərdoğanın Fransa prezidenti Makron ilə telefon danışıqları zamanı İŞİD-dən təmizlənən ərazilərin digər terror təşkilatlarına verilməməsi və Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyi vurğulanıb.
Noyabrın 22-də Soçidə keçirilən üçtərəfli sammit haqqında məlumat verən Fransa prezidenti Makron iclasda BMT-nin himayəsi altında bütün suriyalılara azad, ədalətli və açıq olan seçkilərə qatılmasına böyük əhəmiyyət verdiyini bildirib.