Sosial şəbəkədə biz:

Ərdoğan Putinin köməkçisindən ingilis dilində kefini soruşdu, türk dilində cavabını aldı - VİDEO

27 November 2017, 13:10
Gündəm
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçiyə səfəriylə bağlı maraqlı görüntülər yayımlanıb.
Oda.TV-nin yaydığı  bu çəkilişdə prezident Ərdoğanın Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovla dialoqu əks olunub.
Putinlə birgə gələn Ərdoğan qapıda dayanmış Peskova xitabən ingiliscə "necəsən?” soruşur.  Türk dilini yaxşı bilən Peskov cavabında Ərdoğana türkcə "xoş gəlmisiniz” deyir.
Bundan sonra Ərdoğan gülə-gülə Peskova "mən səndən niyə ingiliscə "yaxşısanmı?” soruşuram, axı!” deyə zarafatlaşır və əlini sıxaraq içəri daxil olur.
Strateq.az