Sosial şəbəkədə biz:

“İTV”-nin redaktoru 1 saat liftdə qaldı - FOTO

27 November 2017, 21:10
Gündəm
“Bizim redaktorumuz hazırda liftlə aşağı-yuxarı hərəkət edir. Artıq yarım saatdır və hələlik onun xilas edilməsinə heç bir ümid yoxdur...” 
Moderator.az -ın rus versiyası xəbər verir ki, bu cümlələri  Britaniyanın məşhur “İTV” kanalının jurnalistlərindən biri –Pol Brend yazıb.
O, öz “Tvitter”ində redaktorunun lift macərasının video-kadrlarını da yerləşdirib.  Maykl  Riqbi adlı redaktor liftlə kiminləsə həyəcanla telefonla danışır. Lif aşağıda dayananda o, ümidlə qapıya baxır. Ancaq qapı yenidən açılmayanda  təəssüflə əlini yelləyir. 1 saata yaxın müddət keçdikdən sonra nəhayət, xilasedicilər  redaktoru liftdən azad edə biliblər. Riqbi olay yerinə axışan media həmkarlarının heç bir sualına cavab  verməyərək onlardan onun şəxsi həyatına hörmətlə yanaşmalarını istəyib.