Sosial şəbəkədə biz:

Azərbaycanda bu şəxslərin əmək haqqı 8-10 min manatdır

28 November 2017, 21:20
Gündəm
Azərbaycanda bankların top-menecerlərinin orta əmək haqqı 8-10 min manat təşkil edir.
Trend xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev UNEC2B əmək bazarı platformasının təqdimatı mərasimində deyib. Onun sözlərinə görə, bu, ABA-nın bank bazarında keçirdiyi sorğunun nəticəsində məlum olub. Z.Nuriyev bildirib: "Əmək haqqının bu səviyyəsi beynəlxalq bank bazarı baxımından kifayət qədər rəqabətqabiliyyətli hesab olunur".