Sosial şəbəkədə biz:

İlham Əliyev silahları yoxladı - Fotolar

29 November 2017, 09:43
Gündəm
Ötən gün Ağcabədidə səfərdə olan prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə baş çəkib. “Qafqazinfo” xəbər verir ki, burada müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandana raport verib. İlham Əliyev hərbi hissənin əsgər yataqxanasında olub, burada şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraitinə baxıb. Ona interaktiv təlim-məşq sistemi barədə məlumat verilib. Bildirilib ki, burada şəxsi heyətin sinif şəraitində atəş qabiliyyətinin artırılması təlimləri keçirilir. Prezident özü də təlim silahlarına baxıb, onların atəş qabiliyyətini yoxlayıb.