Sosial şəbəkədə biz:

Bakıda iki tələbə qız pilləkənlərdən yıxılaraq ağır xəsarət aldı

29 November 2017, 10:36
Gündəm
Bakının iki ali təhsil müəssisəsində bədbəxt hadisə baş verib. "Report" bildirir ki, hadisələrdən biri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU), digəri isə Azərbaycan Dillər Universitetində (ADU) qeydə alınıb. Universitet tələbələri - 1998-ci il təvəllüdlü Sadıqova Nabat Tahir qızı (AMİU) və 1998-ci il təvəllüdlü Bayramova Umxanım Elxan qızı (ADU) ehtiyatsızlıqdan pilləkənlərdən yıxılıblar. Onlardan birincisi bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri, digəri isə onurğa nahiyəsindən ağır xəsarət alıb. Yaralıların hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib.