Sosial şəbəkədə biz:

Ər arvadının üzünə bıçaq çəkdi

29 November 2017, 10:49
Gündəm
Lənkəran rayonunun Liman şəhərində qadın bıçaq xəsarəti alıb. "Report"un məlumatına görə, M.İbayev küçəsində yaşayan 1987-ci il təvəllüdlü Kərimova Könül Gülbala qızı "təcili yardım" maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadın üz nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq xəsarəti alıb. Yaxınlarının dediyinə görə, həyat yoldaşı ailə münaqişəsi zamanı onun üz nahiyəsinin sağ tərəfini bıçaqla kəsib. Xəstəxanadan K.Kərimovanın vəziyyətinin orta-ağır olduğu bildirilir. Qadın ağrının şokuna düşüb.