Sosial şəbəkədə biz:

Pərviz Bülbülə Əli Mirəliyevi təhqir etdi: "Ala, indi mənim vaxtımdı, qoy mən danışım" - VİDEO

29 November 2017, 15:52
Gündəm
Pərviz Bülbülə efirdə Əli Mirəliyevi acıladı.
Moderator.az xəbər verir ki, “Səhər – Səhər” verilişinin qonağı olan meyxanaçı Pərviz Bülbülə Əli Mirəliyevə sərt sözlər deyib.
Duet cütlüklərindən danışan qonaqlara müdaxilə edən Əli Mirəliyev bu haqda öz düşüncələrin dilə gətirib. Müğənni bildirib ki,  duet həmkarlarının mütləq şəkildə bir-birilərinə qarşı hissləri olmalıdır:
“O vaxtlar studiyaya girib duet oxuyan cütlüklərin hissləri bir- birinə  toxunardı ki, o duet uğurlu alınsın”, –  deyən müğənni ilə qonaqlar razılşmayıb.
Buna əsəbləşən Əli Mirəliyev “Dünənki uşaqlarsınız, mənə cip-cip öyrədəcəksiniz? O vaxtdan danışıram, indidən yox”, – deyib. Meyxanaçı isə “Ala, indi mənim vaxtımdı, qoy mən danışım. Yaşlı adamsan keç otur yerində. Kimin vaxtıdırsa o danışsın. Bitti, səninlə qurtardıq”, – deyərək ona cavab verib.
Həmin görüntüləri təqdim edirik: