Sosial şəbəkədə biz:

Bakıda Elmar Məmmədyarovla Mövlud Çavuşoğlu arasında görüş olub

30 November 2017, 11:12
Gündəm
Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında ikitərəfli görüş olub. APA-nın məlumatına görə, görüş Azərbaycan-Türkiyə-Pakistan xarici işlər nazirlərinin bu gün Bakıda keçiriləcək üçtərəfli görüşü çərçivəsində keçirilib. Daha sonra hər 3 xarici işlər nazirlərinin görüşü olacaq. Sonda nazirlər mətbuata bəyanatla çıxış edəcəklər. Qeyd edək ki, Pakistan və Türkiyə xarici işlər nazirləri sabah Bakıda keçiriləcək "Asiyanın ürəyi-İstanbul prosesi" ölkələri xarici işlər nazirlərinin toplantısında da iştirak edəcəklər.