Sosial şəbəkədə biz:

Azərbaycanlı şairədən erotik şeir: "Səhra kimi uzanardım altında"

30 November 2017, 12:19
Gündəm
Tanınmış şairə Aysel Əlizadə yeni yazdığı şeirini təqdim edib. Sfera.az A. Əlizadənin Facebook profilində paylaşdığı erotik şeiri təqdim edir. Kaş yatağımı bunca yalqız qoymazdın qoxunu həsrətdən yox, şəhvətdən alardım. Kaş dodaqlarımı dodaqlarının arasında yatırardın. Necə başlamışdısa, eləcə bitərdi. Gərək gözəl ayrılardıq. Sən gözüyumulu, yarıoyaq, yarıyuxulu alnımdan boynuma dodağınla cizgi çəkərdin, başımı geri atıb aşağı ötürüb yol verərdim mən də sənə. Sən nəfəsini yel kimi dərimə üfürüb İsti küləyim olardın yenə. Bütün hücrələrimlə yanardım onda. Səhra kimi uzanardım altında, suyum olardın... Soyudardın qumsallığımı, canına çəkərdin qadınlığımı. Kaş gözəl ayrılardıq... Tanrı kimi sevişib gedərdin. Bətnimdə bəyaz iz buraxardın, Sənə bir İsa doğardım ki...