Sosial şəbəkədə biz:

Vasif Talıbov onlara maşın hədiyyə etdi - FOTO

02 December 2017, 11:30
Gündəm
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Qarabağ qazilərinə avtomobil hədiyyə edib. Azinforum.az  xəbər verir ki, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərə ötən gün “NAZ-Lifan-320” markalı minik avtomobilləri təqdim olunub. V. Talıbov mərasimdə çıxış edərək bildirib ki, avtomobillə təmin olunan şəxslərin xidməti vəzifələrini layiqincə yerinə yetirməsi Vətənə xidmətin nümunəsidir: “Bu gün xidməti borclarını layiqincə yerinə yetirən insanlara avtomobillərin təqdim olunması həm də onların hərəkət imkanlarını yaxşılaşdıracaq”. AM sədri onlara yeni avtomobillərin açarlarını təqdim edib.
Vasif Talıbov onlara maşın hədiyyə etdi